YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının əməkdaşları şəhidin xatirə lövhəsinin ətrafında təmizlik işləri aparıblar

YAP Nərimanov rayon təşkilatının əməkdaşları və fəalları rayonun Vətən müharibəsi şəhidlərinin əziz xatirələrini əbədiləşdirmək məqsədilə inşa olunan xatirə lövhələrinin ətrafında təmizlik işlərini davam etdirirlər.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan və ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilən Sinan Məmmədovun yaşadığı evin həyətində onun xatirəsinə tikilən bulağın və xatirə abidəsinin ətrafı təmizlənib. Yaşıllıq sahələrinə xüsusi qulluq göstərilib, gül kollarının dibləri sulanıb.