YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Kərim Hüseynovun ildönümü mərasimi keçirilib

Qusar rayonunda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid Kərim Hüseynovun ildönümü mərasimi keçirilib.

Anım tədbirinə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, YAP rayon təşkilatının rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri qatılıblar.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra rayon rəhbərliyi şəhidin ailəsinin qayğı və problemləri ilə maraqlanıblar. Ailə üzvləri göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv