YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada Vətən müharibəsi şəhidlərinin ildönümü mərasimləri keçirilib

Zaqatalada Vətən müharibəsində qəhrəmancasına şəhid olan Zilban kənd sakini Serov Mütəllib Arif oğlunun, Qandax kənd sakini İskəndərov Şahin Ziyad oğlunun və Bəhmətli kənd sakini Məmmədov Ümid Bəkir oğlunun ildönümü mərasimləri keçirilib.

Anım tədbirlərində YAP Zaqatala rayon təşkilatının fəalları, Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərlərinə gül-çiçək dəstələri düzüb, əziz xatirələrini böyük ehtiramla yad ediblər.

Daha sonra şəhidlərin ailələri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıblar. Ailə üzvləri ölkə rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.