YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək.

İclasda “Müstəqillik Günü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Qanun layihəsinə əsasən, Azərbaycanda 28 May - Müstəqillik Günü və 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü adlandırılması təklif edilir.

Oktyabrın 11-də keçirilən iclasda “Müstəqillik Günü haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilir və qeyri-iş günüdür. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək. 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur. Dəyişiklikdən sonra 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü adlandırılacaq.