YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə şəhid Orxan Teymurlunun ildönümü qeyd olunub

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Natiq Nağıyev, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rüstəm Nağıyev, partiyanın rayon təşkilatının üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən şəhid, rayonun Fərzalı kənd sakini Teymurlu Orxan Şaiq  oğlunun ildönümü qeyd olunub.

Tədbir iştirakçıları şəhidin ailəsi ​ ilə söhbətlər aparıb, onların qayğı və problemləri dinlənilib, ruhuna dualar oxunub.

Qeyd olunub ki, Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən də Orxan Teymurlunun  əziz xatirəsi daim ehtiramla yad edilir. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Orxan kimi oğullarımız daim qəlblərdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.

Şəhidin ailəsi dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.