YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis “Müstəqillik Günü haqqında” qanun layihəsini birinci oxunuşda təsdiq edib

Azərbaycan Respublikasının Milli Məclisi “Müstəqillik Günü haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Qanun layihəsi parlamentin oktyabrın 11-də keçirilən iclasının gündəliyinə daxil edilmişdi.

Qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilməsi nəzərdə tutulur. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunacaq.

Qeyd edək ki, ölkəmizdə indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.