YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sumqayıt şəhər təşkilatının fəalları şəhidin anım mərasimində iştirak ediblər

Oktyabrın 11-də Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının əməkdaşları və fəalları 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən şəhid, Sumqayıt şəhər sakini Həmidov İzzət Rövşən oğlunun ildönümü münasibətilə keçirilən anım tədbirində iştirak ediblər.

Tədbir iştirakçıları şəhidin ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənilib, ruhuna dualar oxunub.

Mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Qeyd edək ki, İzzət Həmidov ölümündən sonra Prezidentin müvafiq Sərəncamlarına əsasən, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv