YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımız şəhidlərimizi həmişə ehtiramla yad edəcək

Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə Şirvan şəhərində şəhid ailələrinin ziyarəti davam edir.

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının nümayəndələri şəhid Ramil Vüqarəddin oğlu Əliyevin ailəsini ziyarət ediblər.

Qeyd olunub ki, igid oğullarımız torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərib, canlarından keçiblər. Bu gün dövlətimiz tərəfindən onların ailələrinə hər cür mənəvi və maddi dəstək göstərilir. Şəhidlərimizin xatirəsi hər birimiz üçün əzizdir, xalqımız həmişə onları ehtiramla yad edəcək.

Şəhidin ailə üzvləri bu ziyarətlərin onlar üçün böyük təsəlli olduğunu vurğulayıb və göstərilən diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki,  Əliyev Ramil Vüqarəddin oğlu 09.12.1996-cı Hacıqabul rayonunda anadan olub. O, Şirvanda 9  nömrəli tam orta məktəbdə təhsil almış, vətənpərvər gənc kimi yetişib. Ramil Əliyev təhsil aldığı müddətdə özünü nümunəvi şagird kimi aparıb, idmanla məşğul olub. 2013-cü ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə daxil olub. Sonra hərbi xidmətdə olub. O, erməni təcavüzünə qarşı döyüşlərdə iştirak edib, işğal altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərmiş, şəhidlik zirvəzinə ucalıb.