YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müstəqil ölkədir

“Ölkəmizin Vətən müharibəsində qazandığı tarixi Zəfər yeni reallıqlar yaratmış oldu. Bu reallıqlar hər bir sahəni əhatə edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü cəmi 44 gün ərzində bərpa etməsi ilə Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı hesab edilməlidir. Buna görə də bir sıra yeni yanaşmalar həyatımız üçün zəruri hala çevrilib. Azərbaycan öz qələbəsilə bütün dünyada güclü dövlət olduğunu sübut etdi. İşğalla barışmayaraq öz ərazi bütövlüyünü təmin edən ölkəmiz müasir dünyanın nüfuzlu ölkəsi kimi tanınmaqdadır.” Bu fikirləri Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən, millət vəkili Cavid Osmanov söyləyib.

Cavid Osmanov qeyd edib ki, Vətən müharibəsindəki tarixi ədalətin bərpası SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri aktuallaşdırdı: “Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində həmçinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yaranıb.”

“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müstəqil ölkədir. Müstəqilliyimizin tarixi isə artıq 103 ildən çoxdur. Bu əsasda 28 may tarixinin bundan sonra Müstəqillik Günü adlandırılması daha məqsədə uyğundur. Çünki Azərbaycan məhz 28 may 1918-ci ildə mütəqil dövlət olaraq elan olunub. Sovetlər birliyi süqut etdikdən sonra Azərbaycan yenidən öz müstəqiliyini bərpa edərkən 18 oktyabr Müstəqillik Günü adlandırılmışdır. Əslində isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixində qəbul etdiyi müvafiq Bəyannamənin adı da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" adlanır. Qəbul edilərkən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının məzmunu və başlığı arasında texniki uyğunsuzluğa yol verilib və nəticədə aktın adı “müstəqilliyin bərpası” əvəzinə, “müstəqillik aktı” kimi qəbul olunub. Nəzərdə tutulan yeni düzəlişlə məhz bu uyğunsuzluq aradan qaldırılmış olacaq. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunması düzəliş nəticəsində təmin ediləcəkdir. Burada mühüm məqamlardan biri də odur ki, qəbul ediləcək düzəliş ermənilərin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının adına istinad edərək, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmaması və Sovet qanunvericiliyinə uyğun olaraq 1991-ci il 2 sentyabr tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları arqumenti də tam sıradan çıxaracaqdır.”-deyə, Milli Məclisin deputatı bildirib.  

Cavid Osmanov vurğulayıb ki, Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləridir: “Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir. 18 oktyabrın müstəqilliyin bərpası günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir.

Mahiyyət etibarilə də 28 may 1918-ci il və 18 oktyabr 1991-ci illərdə baş vermiş hadisələr bir-birindən fəqlənir. 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsi daha düzgündür. Bu hər iki hadisənin yeni qaydada təsbit edilməsi eyni zamanda yetişən gənc nəslin hadisələrin tarixi mahiyyətini daha əhatəli şəkildə dərk etməsi ilə nəticələnəcəkdir.

Bundan əlavə dünyanın böyük əksəriyyət ölkələrində məhz müstəqil dövlətin yaradılış günləri Müstəllik Günü olaraq qeyd olunur. Misal olaraq Amerika Birləşmiş Şatatlarını göstərə bilərik. Bu ölkədə dövlətin yaranma günü “İstiqlaliyyət Günü” kimi qeyd edilir. 1918-ci ildə Azərbaycanla eyni günlərdə öz müstəqilliyini elan etmiş qonşu Gürcüstanda da məhz milli dövlətin yaranma günü “Respublika günü” deyil, “Müstəqillik günü” adlandırılır.”

DİGƏR Xəbərlər Arxiv