YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəhrəmanlıq tarixinin Hadrut səhifəsi

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximiz, qürur və iftixar mənbəyimizdir. Bu qəhrəmanlıq dastanı, eyni zamanda, gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir.

Rəşadətli Ordumuzun Zəfər yürüşünün hər günü tarixi hadisələrlə zəngindir. Bunlardan biri də Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsidir. Müharibənin 13-cü günündə Hadrutun, Çaylı, Yuxarı Güzdək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndlərinin işğaldan azad olunması bizi tarixi Qələbəyə yaxınlaşdıran mühüm amillərdən biri oldu. Hadrut  ermənilərin daha çox möhkəmləndiyi strateji mövqe idi. Onlar bu ərazidən Füzuli və Cəbrayıl istiqamətlərinə əlavə qüvvə göndərmək üçün istifadə edirdilər. Azərbaycan Ordusunun uğurlu əməliyyatı ilə Hadrutun azad edilməsi bizə çox mühüm strateji üstünlüklər qazandırdı.

İşğaldan azad olunmuş hər bir ərazimiz Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcək. Prezidentimizin qətiyyətli siyasəti, dövlətimizin gücü, xalqımızın həmrəyliyi bunu mümkün edəcək!

 

 

 

DİGƏR Xəbərlər Arxiv