Xəbərlər
Cəlilabad rayon şəhidlər xiyabanında abadlıq işləri aparılıb
YAP Cəlilabad rayon təşkilatının fəalları rayonun Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilmiş şəhidlər xiyabanında və şəhidlərin şəkil lövhələrinin ətrafında abadlıq işləri aparıblar.
Tədbir çərçivəsində ağaclara və yaşıllıq sahələrinə qulluq göstərilib, ağacların üzərinə toplanan toz və torpaqlar yuyulub, onların dibi yumşaldılıb, həmçinin ağacların qurumuş budaqları budanıb.