YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın gəncləri Bərdə və Gəncədə olublar

Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının, Laçın Rayon Gənclər və İdman İdarəsinin, Laçın rayon Təhsil Şöbəsinin və rayon gənclərinin birgə iştirakı ilə Bərdə şəhərində erməni terroru qurbanlarının xatirəsinə ucaldılmış fotoabidə kompleksi ziyarət edilib.

Sonra Şəhidlər Xiyabanında, Vətən müharibəsində ölkəmizin bütövlüyü uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin məzarlarını ziyarət edib önünə gül dəstələri qoyulub.

Daha sonra gənclər Gəncə şəhərinə səfər ediblər. Gəncə şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşi hücumuna məruz qalması nəticəsində həlak olan mülki şəxslərin xatirəsini anmaq üçün dağılan əraziləri ziyarət edilib.

Sonra ölkəmizin bütövlüyü uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin məzarlarını ziyarət edib önünə gül dəstələri qoyulub.

Sonda gənclər, Nizami Gəncəvi Məqbərə Kompleksində olub, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin məzarını ziyarət ediblər.

DİGƏR Xəbərlər Arxiv