YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şamaxı rayon təşkilatının əməkdaşları şəhidin anım mərasimində iştirak edib

YAP  Şamaxı  rayon təşkilatının əməkdaşları İkinci Qarabağ  müharibəsi şəhidi Mirzəcan Orucov Araz oğlunun məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.

Sonra anım mərasimində iştirak edib şəhidin ailə üzvləri ilə vətənpərvərlik yolundan söhbət açıb, onlara belə qəhrəman, cəsur, torpağını, Vətənini sevən övlad yetişdirdikləri üçün minnətdarlıqlarını ifadə ediblər. 

Mərasimdə çıxış edən YAP Şamaxı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Bəxtiyar Abbasov qeyd edib ki, bu gün ölkə rəhbərliyi tərəfindən yürüdülən siyasət şəhidlərimizə, Vətən müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və milli yaddaşımızda əbədi yaşayacaqlar. 

Şəhidin anası Südabə Orucova Prezident İlham Əliyevə  və  Birinci vitse- prezident  Mehriban xanım  Əliyevaya  şəhid  ailələrinə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

DİGƏR Xəbərlər Arxiv