YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunda Vətən müharibəsi şəhidinin ildönümü mərasimi keçirilib

Oktyabrın 8-də Ağdaş rayonunun Ərəbocağı kəndində Vətən müharibəsi şəhidi Kərimli Nihat Teymur oğlunun ildönümü mərasimi keçirilib.

Mərasimdə Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən, millət vəkili Cavid Osmanov və partiya fəalları, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və şəhidin döyüş yoldaşları iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış,  ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış, valideyinlərinə başsağlığı verilmişdir.

Qeyd edək ki, Kərimli Nihat Teymur oğlu 8 iyul 1996-cı ildə Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olmuşdur. Vətən müharibəsi  başlayan zaman təlim toplanışında olan Nihat Kərimli Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”  və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.