YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı qadınlar şurasının növbədənkənar iclası keçirilmişdir

Mayın 14-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı qadınlar şurasının növbədənkənar iclası keçirilmişdir.

YAP ərazi ilk təşkilatları sədrlərinin, partiya fəallarının iştirakı ilə keçirilən tədbirdə YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov hesabat məruzəsi ilə çıxış etmişdir. O, ötən müddətdə rayon təşkilatının gördüyü işlər haqqında məlumat vermişdir.

Zahid Qaralov mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasim barədə də danışmışdır.

YAP Səbail rayon təşkilatının sədri ölkəmizin ictimai-siyasi və sosial həyatında qadınların rolunun yüksək olduğunu qeyd etmişdir. O bildirmişdir ki, dövlət tərəfindən qadınlarımıza xüsusi diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və Prezident İlham Əliyev bu ənənəni davam etdirir.

Diqqətə çatdırmışdır ki, konfransın gündəliyində duran əsas məsələ Səbail rayon təşkilatı qadınlar şurası idarə heyətinin yeni tərkibinin seçilməsidir. Qadınlar şurasının hesabatının dinlənilməsi və YAP Qadınlar Şurasının Respublika konfransına nümayəndələrin seçilməsi də gündəlikdə duran məsələlər olmuşdur.
İclasda YAP Səbail rayon təşkilatı qadınlar şurasının yeni sədri və sədr müavinləri seçilmişdir. Təranə Kərimova sədr, Laçın Həsənova, Təranə Muradova, Gülnarə Qaralova və Rəfiqə Məmmədova sədrin müavinləri seçilmişlər.

Tədbirdə bildirilmişdir ki, Səbail rayonunda təşkil edilən tədbirlərin əksəriyyəti bilavasitə qadınların iştirakı, təşkilatçılığı ilə keçirilmişdir. Qadınlar oktyabrın 9-da keçirilmiş prezident seçkilərində xüsusilə böyük fəallıq göstərmişlər. Bu fəallıq yalnız bir rayonun timsalında onu göstərmişdir ki, bütövlükdə Azərbaycan qadınları yekdilliklə dövlətimizin başçısı İlham Əliyevi dəstəkləmişlər.

Diqqətə çatdırılmışdır ki, hazırda YAP Səbail rayon təşkilatının sıralarında qadınların sayı 45 faiz təşkil edir.

Tədbirdə Səbail rayonundakı qadınların ictimai-siyasi həyatda fəallıqlarından, onların çalışdıqları təhsil, səhiyyə, mədəniyyət müəssisələrində uğurlu fəaliyyətlərindən də danışılmışdır.