YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

I Avropa Oyunlarına biletlərin qiyməti açıqlandı

I Avropa Oyunlarının biletləri satışa çıxarılır. Avropa Oyunlarında böyüklər üçün biletlərin qiyməti 2-5 manat olacaq. Trend-in məlumatına görə, bu barədə Avropa Oyunlarına 100 gün qalması münasibətilə təşkil olunan mətbuat konfransında bildirilib.

Bu qiymətlər yarışların mərhələsi, keçirildiyi məkan və oturacaq kateqoriyasından asılı olaraq dəyişəcək.
Şəxsiyyəti təsdiq edən sənədləri olan 18 yaş və ondan yuxarı şəxslərin himayəsində etibarlı biletləri olan uşaqlar və yaşı 16-dan az olan yeniyetmələr əksər yarış məkanlarına pulsuz giriş əldə edəcəklər.
Lakin Heydər Əliyev adına İdman Arenasında və Milli Gimnastika Arenasında keçirilən yarışlar istisna təşkil edəcək. Burada 16 yaşından kiçiklər üçün biletlər sadəcə 1 manat olacaq.
Açılış və bağlanış mərasimlərində bütün yaş qruplarından olan azarkeşlər üçün qiymətlər fərqli və əlverişli olacaq. Açılış mərasiminə biletlərin qiyməti 20 manat, bağlanış mərasiminə isə 10 manatdan başlayacaq.
Qeyd edək ki, biletlərin 19-21 mart tarixlərində satışa çıxarılması nəzərdə tutulur.