YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Lukaşenko: Azərbaycan Belarusu ardıcıl və təmənnasız dəstəkləyən qardaş ölkədir

Azərbaycan Belarusu ardıcıl və təmənnasız dəstəkləyən qardaş ölkə və strateji tərəfdaşımızdır.

Bu fikri sentyabrın 30-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyevin etimadnaməsini qəbul edərkən söyləyib.

Belarus Prezidenti etimad və etibara görə ölkəsi adından və şəxsən öz adından bütün Azərbaycan xalqına, dostu, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.