YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təliminə dair Anlaşma Memorandumu Milli Məclisdə təsdiqlənib

Milli Məclis Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının birgə təliminə dair Anlaşma Memorandumunu təsdiq edib.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiqlənməsi ilə bağlı qanun layihəsi parlamentin sentyabrın 30-da keçirilən ilk iclasının gündəliyinə daxil edilib.

Xatırladaq ki, tərəflər arasında Anlaşma Memorandumu 2021-ci il iyulun 2-də Bakı şəhərində imzalanıb.