YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yakub Kulhaneki : Azərbaycan Avropa İttifaqı, eyni zamanda, Çex Respublikası üçün önəmli tərəfdaşdır

Mənimlə birlikdə bir sıra Çex şirkətlərinin nümayəndələri Azərbaycanda səfərdədirlər. Bu şirkətlər Azərbaycanda yeni tərəfdaşlar qazanmağa qadirdirlər. İşğaldan azad olunmuş ərazilərdə tikinti, quruculuq, ərazilərin bərpası zamanı çirklənmiş sulardan təmizlənməsi və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.

Bu sözləri Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi brifinqdə deyib.

Azərbaycan-Çexiya əməkdaşlığının həm də enerji sahəsinin inkişafından asılı olduğunu deyən nazir bildirib: “Biz energetika sahəsinin inkişafına böyük diqqət və kifayət qədər maraq göstəririk”.

Nazir, həmçinin qeyd edib ki, Azərbaycan Avropa İttifaqı, eyni zamanda, Çexiya üçün önəmli tərəfdaşdır.

Regionda baş verən son proseslərə toxunan Yakub Kulhaneki ümid etdiyini bildirib ki, Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunacaq. Çünki bu ölkələr arasında əldə olunacaq sülh regionda təhlükəsizliyin təmin olunmasına töhfə verəcək”.