YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıtda Vətən müharibəsinin könüllüsü ziyarət edilib

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə qayğı” davamlı aksiyası çərçivəsində Sumqayıt şəhəri ərazisində şəhid ailələrini və Vətən müharibəsinin iştirakçılarını, qazilərini daima xüsusi diqqət mərkəzində saxlayır.

YAP İdarə Heyyətinin üzvü Ramiz Hüseynov, aparatın əməkdaşları Vətən müharibəsinin könüllü iştirakçısı Həsənov Zahir Şamxal oğlunu evində ziyarət ediblər.

Ziyarət zamanı Ramiz Hüseynov 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmasının tarixi hadisə olduğunu bildirib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, sözün əsl mənasında, tarix yazdı. R.Hüseynovun sözlərinə görə, “Dəmir yumruq” əməliyyatı nəticəsində əzəli torpaqlarımızın düşməndən azad edilməsi tariximizə qızıl hərflərlə yazıldı. Bu müharibə həm də bütün dünyaya ölkəmizin gücünün və xalqımızın birliyinin nümayişi oldu.

Vətən müharibəsinin ilk günlərindən qəhrəmanlıq göstərmiş Zahir Həsənov keçdiyi döyüş yolundan, igid Azərbaycan əsgərinin döyüş meydanındakı şücaətindən, mərdliyindən və düşməni məhv edərək qazanılan parlaq qələbədən böyük fəxarətlə danışdı, ölkə başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Ordumuzla qürur duyduğunu bir daha vurğulayıb.

Qeyd edək ki, Həsənov Zahir Şamxal oğlu 1-ci Qarabağ müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq və şücaətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 2020- ci ildə torpaqlarımızın işğaldan azad olması ilə nəticələnən Vətən Müharibəsində könüllü olaraq iştirak edib.

Sonda Z.Həsənov öz növbələrində ona göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib.