YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid bulağının açılışı olub

YAP Laçın rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən İlqar İlyasov, Milət vəkili Mahir Abbaszadə Şəki şəhərində Vətən müharibəsinin şəhidi Qənimətov Ətraf Oktay oğlunun xatirəsinə həsr olunmuş şəhid bulağının açılışında iştirak ediblər.

Açılış mərasimində həmçinin Laçın və Şəki İcra Hakimiyyətlərinin nümayəndələri, YAP fəalları, şəhidin ailə üzvləri və yaxınları, qazilər iştirak edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Ətraf Qənimətov Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda", “Hərbi xidmətdə fərqlənməyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.