YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabad rayonunda 27 Sentyabr-Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları 27 Sentyabr-Anım Günü ilə əlaqədar Cəlilabad rayonunda Şəhidlər Xiyabanını və şəhidlərin xatirəsinə inşa edilmiş abidə kompleksini ziyarət ediblər.

Tədbir iştirakçıları abidənin önünə tər gül-çiçək dəstələri düzüb, Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Daha sonra YAP Cəlilabad rayon təşkilatının fəalları İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsinə həsr edilən “Şəhidlər Kompleksi”nin açılış mərasimində iştirak ediblər.

 Tədbir Heydər Əliyev Mərkəzində 27 Sentyabr- Anım Günü və Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan tamaşa ilə yekunlaşıb.