YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İcra katibinin müavini: Partiyamız dövlət gənclər siyasətinin reallaşmasında yaxından iştirak edir

«Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən aparıcı siyasi qüvvədir. Partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edir». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, partiyamızın sıralarında 650 min insan birləşib. Onun sözlərinə görə, onların arasında gənclər xüsusilə fərqlənirlər.

«Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına böyük əhəmiyyət  verir. Gənclərlə bağlı layihələr də gənc nəslin inkişafına xidmət edir.  Müxtəlif layihələr vasitəsilə gənclərin potensialı, bacarıqları üzə çıxarılır. Gənc siyasətçilərin formalaşmasında da bu tipli layihələr vacib rol oynayır. Bilirsiniz ki, ölkəmizdə uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Partiyamız bu siyasətin reallaşmasında yaxından iştirak edir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv