YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anım Günü münasibəti ilə Xəzər rayonunda silsilə tədbirlər keçirilib

Sentyabrın 27-si Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Anım Günü münasibəti ilə paytaxtın Xəzər  rayonuda silsilə tədbirlər keçirilib.

Tədbirlərdə Xəzər RİH başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının nümayəndələri, Milli Məclisin deputatı Soltan Məmmədov, Hüquq-mühafizə orqanları, İctimai Birliklərin rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları ilk olaraq respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra tədbir iştirakçıları Buzovna qəsəbəsindəki, Binə qəsəbəsindəki, Şəhidlər xiyabanını, Türkan və Zirə qəsəbələrində isə dəfn olunan şəhid məzarlarını ziyarət edərək xatirələrini ehtiramla yad etdiblər.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının nümayəndələri və millət vəkili Soltan Məmmədov çıxış edərək şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıblar.

 Tədbirdə iştirak edən şəhid ailələri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 Tədbirin davamında Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Şəhidlər parkında şəhidlərin xatirəsinə ucaldılmış bulaq kompleksinin açılış mərasimi keçirilib.

 Sonda isə Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə ağacəkmə aksiyası təşkil olunub.