YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Dərmanların qiymətinə hökumət nəzarət edəcək

Azərbaycanda yaxın vaxtlarda dərmanların qiymətinə hökumət nəzarət edəcəkdir.
Bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
Baş nazirin müavini bildirib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Nazirlər Kabineti tərəfindən müvafiq qaydalar hazırlanandan sonra qiymətlər Tarif Şurası tərəfindən təyin olunacaq.
Onun sözlərinə görə, hazırda Azərbaycan hökuməti dərmanların vahid qiymətlə satılması üçün müvafiq işlər görür. Aidiyyəti qurumların əməkdaşları apteklərdə müntəzəm olaraq monitorinqlər aparırlar. Məqsəd Azərbaycanda satılan dərman vasitələrinin həm keyfiyyətinə nəzarəti ciddi şəkildə artırmaqdan, həm də onların qiymətinin süni surətdə artırılmasının qarşısı almaqdan ibarətdir.

 

DİGƏR Xəbərlər Arxiv