YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi Ağdam rayonunun Ətyeməzli kəndinin videogörüntülərini paylaşıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad olunmuş Ağdam rayonunun Ətyeməzli kəndinin videogörüntülərini yayıb.

 Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik.

Ətyeməzli kəndi Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, Ağdam rayonunun işğal altındakı əraziləri noyabrın 20-də azad olunub.