YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Permdə baş verən faciə ilə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Dövlətimizin başçısı Perm Dövlət Milli Tədqiqat Universitetində atışma nəticəsində həlak olanlar və yaralananlar barədə xəbərin onu dərindən kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycan xalqı adından və öz adından Rusiya Prezidentinə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verib, zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, dəqiqləşdirilmiş məlumata görə, Perm Dövlət Universitetində baş vermiş silahlı hücum nəticəsində 6 nəfər həlak olub, 24 nəfər yaralanıb.