YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyatının möhtəşəm və şərəfli tarixidir

““Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyatının möhtəşəm və şərəfli tarixidir. Çünki “Əsrin müqaviləsi”nin bağlanması ilə Azərbaycan öz müstəqilliyinin istiqamətini, gücünü, müttəfiqlərini, tərəfdaşlarını və gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyinin konturlarını müəyyən etdi”.

Bu fikirləri Yeni TV”nin canlı yayımında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

T.Mirkişili qeyd edib ki, ölkəmizin neft sərvətlərindən daim müxtəlif ölkələr bəhrələnib: “Yalnız XX əsrin sonlarında müstəqillik əldə edən Azərbaycan xalqı öz sərvətinə sahib oldu və ulu öndər Heydər Əliyevin uzaqgörən neft strategiyası nəticəsində neft Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, iqtisadiyyatının inkişafına xidmət etməyə başladı. Hər bir uğurlu inkişaf edən ölkənin inkişafının başlanğıc nöqtəsini müxtəlif amillər təşkil edir. Azərbaycanın uğurlu, sürətli inkişafının başlanğıcı isə neft sərvətləri və 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi” ilə başlayan uğurlu neft strategiyası təşkil edir”.

 

DİGƏR Xəbərlər Arxiv