YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyi təsis olunub

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təsis konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən söz açıb.
Bildirib ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. M.Manafov bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq deyib: “Dövlət başçısı tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi bir daha Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini əyani şəkildə sübut edir”.
Tədbirdə çıxış edənlər Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti barədə danışıblar.
Sonra Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarından konfransa seçilən nümayəndələr YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təsis edilməsinə yekdilliklə səs verdilər. Nümayəndələr, həmçinin ümumi səsvermə ilə Gənclər Birliyi İdarə Heyətinin tərkibini, sədrini və onun müavinlərini seçiblər. Orxan Babayev YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri, Aytən Əliyeva və Rüfət Məmmədov isə onun müavinləri seçiliblər.
Yeni seçilənlərə uğurlar arzulayan rayon icra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və başqaları bildirib ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi ölkəmizin bir çox problemlərinin, o cümlədən gənclərin problemlərinin öz həllini tapması ilə nəticələndi.
Diqqətə çatdırılıb ki, YAP bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır.

 

DİGƏR Partiya xəbərləri Arxiv