YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Müzəffər xalqın gəncləri olaraq qarşımızda böyük vəzifələr durur

“Vətən müharibəsi ilə yaratdığımız reallıqlar gənclər və idman sahəsini də yeni mərhələyə daşıdı. Artıq Azərbaycanda bu sahənin inkişafı istiqamətində yeni mərhələnin başladığını deyə bilərik”.

Bu fikirləri “Yeni Tv”nin canlı yayımında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.  

Ş.İsmayılov vurğulayıb ki, Azərbaycan gəncləri artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər: “Müzəffər xalqın gəncləri olaraq qarşımızda böyük vəzifələr durur. Çünki gənclərimiz bütün fəaliyyət istiqamətlərində milli maraqları nəzərə almalı, şanlı tariximizi yaşatmalı və qorumalıdırlar. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Bunun üçün gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır. Bunun üçün ilk növbədə düzgün tərbiyə işləri aparılmalı, gənclərin yüksək biliklərə, intellektə yiyələnərək, cəmiyyətdə öz yerini tapmaları təmin olunmalıdır. Hesab edirəm ki, yeni mərhələdə görülməli işlər çoxdur və bu baxımdan hər birimizin üzərinə böyük vəzifələr düşür”.

 

DİGƏR Xəbərlər Arxiv