YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Azərbaycanda həyata keçirilən islahatlar kompleks xarakter daşıyır və bütün sahələri əhatə edir

“Azərbaycanda həyata keçirilən islahatlar kompleks xarakter daşıyır və  bütün sahələri əhatə edir. İslahatlar dinamik və ardıcıl olaraq həyata keçirildiyi üçün biz artıq əvvəlki illərdə həyata keçirilən islahatların müsbət nəticələrini görməkdəyik. Bu gün aparılan islahatlar isə sabahkı uğurlarımızın əsasını təşkil edəcək”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, son bir neçə ildə dünyada baş verən olduqca mürəkkəb sosial-iqtisadi kataklzimlər və buna paralel olaraq bəşəriyyət tarixinin ən qorxunc pandemiyalarından birini yaşamağımıza baxamayaraq, ölkəmizdə vaxtında aparılan struktur və kadr islahatları həm sosial-iqtisadi, həm də sağlamlıq və tibbi xidmət sahəsində indiki çətin vəziyyətdə vətəndaşlarımızın sosial rifahının və sağlamlığının qorunmasında mühüm rol oynamış oldu.

Hikmət Babaoğlunun sözlərinə görə, islahatların ən vacib istiqamətlərindən biri də şübhəsiz ki, kadr islahatlarıdır: “Sürətlə dəyişən yeni dünya nizamı bu nizamla ayaqlaşmağı  bacaran  Azərbaycanda  yeni kadr təyinatlarını da zəruri edir. Ona görə də vaxtaşırı yeni nəsil kadrların idarəetmədə və digər sahələrdə mühüm vəzifələrə irəli çəkilməsi  həm də struktur islahatları ilə müşahidə edilməsi idarəetməni optimallaşdırır və bürokratiyanı sıradan çıxarır. Nəticədə isə vətəndaş məmnunluğu artır, ölkəmizin inkişafı üçün yeni şərtlər formalaşır. Elə bu günlərdə mədəniyyət və gənclər və idman sahəsində yeni təyin olunan kadrlar da şübhəsiz ki, bu mühüm sahələrdə yeni keyfiyyət dəyişikliyi yaratmağa hesablanıb və əminəm ki, qısa müddət ərzində biz bunu artıq hiss edəcəyik. Azərbaycan Prezidentinin verdiyi tövsiyyə və tapşırıqlar isə müvafiq sahədə ciddi dönüş yaratmaq üçün strateji kompas rolunu oynayacaq”.