YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ali Radanın deputatı: Ukrayna Azərbaycanın Qarabağda sülhün bərqərar olması istiqamətində səylərini alqışlayır

Azərbaycan Ukraynanın strateji tərəfdaşlarından biridir, bu ölkənin Cənubi Qafqazda əmin-amanlığın və sabitliyin möhkəm sütunlarından biri kimi qalmaqda davam etməsi bizim üçün çox mühümdür.

Bu barədə Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux bildirib.

Onun sözlərinə görə, Ukrayna Cənubi Qafqazdakı vəziyyəti fəal müşahidə edir, regionda tam və qəti sülhün bərqərar olmasını ardıcıl olaraq dəstəkləyir.

Valeri Kolyux deyib: “Ukrayna Azərbaycanın Qarabağda sülhün bərqərar olması istiqamətində səylərini, müharibənin yaratdığı humanitar problemlərin həllini alqışlayır və Azərbaycan xalqının sülhə olan səylərini pozmağa çalışan müxtəlif qüvvələrin hər hansı cəhdlərini qətiyyətlə pisləyir”.

Deputat, həmçinin vurğulayıb ki, öz növbəsində, Qarabağda minalanmış sahələrin istisnasız olaraq bütün xəritələrinin tam həcmdə Azərbaycana verilməsi sülh yolu ilə nizamlama məsələsində erməni tərəfinin birinci addımı ola bilərdi. Bu, həm Ermənistanın humanizmə tərəfdar olmasını nümayiş etdirər, həm də onun regionda hərtərəfli sülhə nail olmağa meyilliliyinin sübutu olardı.