YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaponiya portalı Azərbaycan və Türkiyə hərbçilərinin Laçında keçirilən birgə təlimindən yazıb

Yaponiyanın “ajmedia.jp” saytı Laçın rayonunda keçirilən Azərbaycan-Türkiyə birgə təlimindən yazıb.

Məlumatda Azərbaycanın işğaldan azad olunmuş Laçın rayonu ərazisində birgə döyüş atışlı taktiki təlimlərin keçirildiyi qeyd edilir. Bu təlimlərin Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə bağlanmış əməkdaşlıq haqqında sazişə əsasən təşkil edildiyi bildirilir.

Diqqətə çatdırılır ki, Azərbaycan Müdafiə Nazirliyi iki ölkənin hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsədin döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsindən ibarət olduğunu bildirir. O cümlədən təlimdə komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə, müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirildiyi qeyd edilir.