YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

"Davamlı İnkişaf Məktəbi" layihəsi çərçivəsində Milli Debat Proqramının son təlimi keçirilib

Sentyabrın 3-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin "Davamlı İnkişaf Məktəbi" layihəsi çərçivəsində Milli Debat Proqramının son təlimi keçirilib.

Təlimdə çıxış edən YAP Gənclər Birliyinin üzvü, layihənin koordinatoru Ülviyyə Axundova ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan "Davamlı İnkişaf Məktəbi"nin üzvlərini salamlayaraq keçirilən təlimin əsas mahiyyətindən danışıb. Bildirib ki, gənclər 2 ay ərzində dövlət qurumlarının rəhbər şəxsləri, Milli Məclisin deputatları və peşəkar mütəxəssislər tərəfindən keçirilən görüşlərdə və təlimlərdə iştirak ediblər. Ü.Axundova layihənin iştirakçıların şəxsi inkişafı üçün önəmini vurğulayıb və qeyd edib debat proqramının əsasında iştirakçılar öz komandalarını və mövzularını müəyyən edərək təqdimat mərasiminə hazırlaşacaqlar. Təqdimat mərasimində iştirakçılar komandalar şəklində Azərbaycanın iqtisadi, sosial, aqrar, mədəni, təhsil, milli təhlükəsizlik və gənclər siyasəti istiqamətləri üzrə çıxışlar edəcəklər.

Daha sonra çıxış edən Milli Debat Proqramının təlimçisi Nərgiz Nəsibova bildirib ki, bu təlim iştirakçıların nitq mədəniyyətini inkişaf etdirmək, arqumentləşdirmə, əsaslandırma, araşdırma bacarıqlarını təkmilləşdirmək, onların qərarvermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə fəallığını artırmaq məqsədi daşıyır. Vurğulanıb ki, iştirakçılar təlim müddətində düzgün nitqin qurulması, təqdimat mövzusunun araşdırılması, çıxışların hazırlanması üzrə bilik və bacarıqlar əldə ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar təlimçi koordinatorlar tərəfindən cavablandırılıb.

DİGƏR Partiya xəbərləri Arxiv