YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi “Ümumrespublika Xəmsə Festivalı”na start verir

Sentyabrın 7-də YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Ümumrespublika Xəmsə Festivalı”na start veriləcək.

İlk dəfə açıq havada keçiriləcək intellektual festivalın məqsədi Azərbaycan gəncliyinin dünyagörüşünə, fərdi inkişafına töhfə vermək, onlar arasında mövcud əlaqələri inkişaf etdirmək və milli-mənəvi dəyərlərimizə, tariximizə bağlı vətəndaş kimi formalaşmalarına dəstək olmaqdır. Azərbaycanın bütün regionlarını əhatə edəcək Festivalda ümumilikdə 420 nəfər gənc iştirak edəcək. Yeni Azərbaycan Partiyasına üzv və bitərəf gənclərdən formalaşdırılmış 84 komanda festival çərçivəsində 9 regional turda mübarizə aparacaq. Sentyabr ayı ərzində davam edəcək layihənin finalı Gəncə şəhərində baş tutacaq.