YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Cəbrayıl rayon təşkilatının X hesabat konfransı keçirilib

Avqustun 31-də Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev   hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Ümummilli Liderimizin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqard qüvvəsi kimi nüfuzunu artırıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirib. Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edir. Partiyanın hər bir üzvü ulu öndər Heydər Əliyev ideyalarının, dövlət başçısı cənab İlham Əliyevin təkmil islahatları sayəsində müasirləşən, yeniləşən, hər gün yeni zəfərlərə imza atan Azərbaycanın uğurlarının təbliğatçılarıdırlar.

A.Fərzəliyev qeyd edib ki, hazırda rayon təşkilatının 39 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Təşkilatın 3856 üzvü var. Onlardan 1702 nəfəri gənclər, 1574 nəfəri isə qadınlardır.

Sonra YAP Cəbrayıl rayon təşkilatının Nəzarət Təftiş Qrupunun üzvü Müşviq Əliyevin hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı YAP Cəbrayil rayon təşkilatı İdarə Heyətinin üzvü, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, rayon təşkilatı Gənclər Birliyinin sədri Əli Məmmədli, rayon təşkilatı Qadınlar Şurasının üzvü, M.Mehdizadə adına tam orta məktəbin direktoru Şəlalə Qasımlı çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibətlərini bildiriblər.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, bu gün müstəqil Azərbaycan özünün şanlı Zəfər tarixini yaşayır: “Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində yeni tarix yazdı. O tarixi ki  xalqımız onu 30 il  səbirsizliklə gözləyib, heç zaman ümidini itirməyib. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad ediləcək. Cənab İlham Əliyevin bu gün qalib ölkənin Prezidenti kimi işğaldan azad edilmiş ərazilərimizə səfərləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır, sevinc hissi yaşadır”.

Çıxışını növbəti konfransın Cəbrayılda keçirilməsi arzusu ilə tamamlayan Ə.Tağıyev rayon təşkilatının fəaliyyətinə uğurlar diləyib.

Qeyd edək ki, YAP Cəbrayıl rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.