YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İmişli rayon təşkilatının XI hesabat konfrası keçirilib

Avqustun 27-də Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayevin hesabat məruzəsi dinlənilib. Bildirib ki, rayon təşkilatının X konfransından keçən 3 ildən artıq müddət ərzində ölkəmizin həyatında mühüm uğurlar əldə edilib, iqtisadi, sosial və digər sahələrdə əsaslı irəliləyişlər olub, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, beynəlxalq nüfuzu xeyli artıb. Ulu Öndər Heydər Əliyev ideyalarının və onun siyası kursunun qətiyyətli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin çoxşaxəli səmərəli fəaliyyəti YAP-ın aparıcı mövqeyini daha da möhkəmləndirir.

S.Ağayev deyib ki, YAP İmişli rayon təşkilatının 86 ərazi ilk partiya təşkilatında 8619 üzv var. Onların 34 fazini gənclər, 31 faizini qadınlar təşkil edir.

Sonra YAP İmişli rayon təşkilatının Nəzarət-Təftiş Qrupu sədri Yaşar Hüseynovun hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının Şura üzvləri - Nazim Əzimov, Gənclər Birliyinin sədr müavini Zamin Zeynalov, Səməd Vurğun ərazi ilk partiya təşkilatının sədri Əlamdar Quliyev və rayon təşkilatı Gənclər Birliyinin üzvü Şəlalə Rəhimova hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyevə bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi, malik olduğu təbii sərvətləri, geopolitik üstünlükləri xalqımızın milli sərvətidir və hər bir Azərbaycan vətəndaşı kimi YAP-ın üzvləri də Azərbaycan Respublikasının dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumağı özünün birinci dərəcəli vəzifəsi hesab edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni reallıqların qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflərə yüksək səviyyədə nail olmaq potensialına, gücünə malikdir.

Yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən ətraflı bəhs edən Ə.Tağıyev YAP İmişli rayon təşkilatının gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Konfransda YAP İmişli rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.