YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Moldova Prezidenti Maya Sanduya təbrik məktubu göndərib

Prezident İlham Əliyev Moldova Prezidenti Maya Sanduya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, dost Moldova Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Xoş ənənələrə malik Azərbaycan-Moldova münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, xalqlarımızın rifahı naminə dostluq əlaqələrimizin möhkəmləndirilməsi, birgə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da əsirgəməyəcəyik.

Belə bir əlamətdar tarixdə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".