YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahmar Mövsümov: Vaksinin effektiv və təhlükəsiz olması heç kəsdə şübhə doğurmamalıdır

Artıq 6 milyona yaxın doza vurulub və hər hansı bir fəsad yoxdur. Heç kimdə vaksinə görə hər hansı xəstəlik, problem meydana gəlməyib. Bir sözlə peyvənd effektivdir. Bunu biz rəqəmlərdə də görürük.

Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, vəziyyətdən yeganə çıxış yolu peyvəndlənmədir. Hamı özünü və yaxınlarını qorumaq üçün peyvəndlənməyə getməlidir. Bu gün peyvəndin təhlükəsiz və effektiv olması barədə tam ətraflı məlumat verildi. “Biz peyvəndlənmə prosesinə başlayanda təbii ki, elmi məqalələrə, elmi işlərə əsaslanmışıq. Bütün dünya ölkələri də bunu edirdi. Artıq bizim əlimizdə olan rəqəmlər nəzəriyyə deyil, elmi məqalə deyil, bu konkret faktlardır. Görünən odur ki, koronavirusdan ölənlərin 99 faizi vaksin vurdurmayan insanlardır. Vaksin olunanlar arasında yoluxanlar cəmi 0,6 faizdir. Vaksinin effektiv və təhlükəsiz olması artıq heç kəsdə şübhə doğurmamalıdır. Artıq bu nəzəriyyə deyil, faktdır”, - deyə Şahmar Mövsümov əlavə edib.

 

DİGƏR Xəbərlər Arxiv