YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının X hesabat konfransı keçirilib

       Avqustun 17-də Yeni Azərbaycan Partiyası  Cəlilabad rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

  Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider  Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Cəlilabad rayon təşkilatının sədri  Mirsüleyman Mirxaslı hesabat məruzəsi ilə çıxış edib. M.Mirxaslı bildirib ki, YAP yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli  yol keçib, xalqımız və dövlətimiz qarşısında böyük xidmətlər göstərib və bu xidmətlər sayəsində cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib.

    Qeyd edilib ki, hesabat dövründə YAP Cəlilabad rayon təşkilatının  sıralarına 563 nəfər yeni üzv qəbul edilib ki, bunun da 322 nəfəri  gənclər, 213 nəfəri isə qadınlardır. Hazırda rayon təşkilatı üzrə 7160 nəfər  üzv 94 ərazi ilk partiya təşkilatında birləşib.  Partiya üzvlərinin 2262 nəfərini qadınlar, 1320 nəfərini gənclər təşkil edir.

   Sonra YAP Cəlilabad rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri  Varid Əsgərovun hesabat məruzəsi dinlənilib.

    Müzakirələr zamanı çıxış edən Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, millət vəkili Elman Nəsirov, YAP  Cəlilabad rayon təşkilatı sədrinin müavini, rayon təhsil şöbəsinin müdirinin müavini   Hafiz Cavadov, rayon təşkilatı Qadınlar Şurasının sədri, Cəlilabad şəhər 4 saylı tam orta məktəbin müəllimi Fərqanə Məmmədova,  təşkilatın Şura üzvü, peşə liseyinin direktoru Etibar Sadığov hesabat dövründə görülən işlərdən bəhs ediblər.

   Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki,  Yeni Azərbaycan Partiyasının bu günümüz üçün ən böyük uğurlarından biri  yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrilməsi oldu. Ölkədə siyasi sistemin formalaşmasına böyük töhfələr verən Yeni Azərbaycan Partiyası, hər zaman milli maraqları təmsil edərək xalqımızın ali mənafeyinin ifadəçisi kimi çıxış etmişdir. Məhz ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində Azərbaycanın inkişaf yolu dünyaya nümunə göstərilir.

   Yeni reallıqların gerçəkləşməsi üçün birgə səylərin göstərilməsindən bəhs edən Ə.Tağıyev YAP Cəlilabad rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Cəlilabad rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.