YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MN: Hazırda Azərbaycan sülhməramlılarının həyatı üçün təhlükə yoxdur

Kabil beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil. Şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq, Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyin təmin olunması məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.