YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri Türkiyəyə səfərə gedib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə İstanbulda keçiriləcək “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün qardaş ölkəyə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, general-polkovnik Zakir Həsənov “IDEF-2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.

Səfər çərçivəsində müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.