YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrakli Qaribaşvili: Gürcüstanın Azərbaycan, Türkiyə və digər ölkələrlə münasibətləri çox yüksək səviyyədədir

Uğurlu qonşuluq siyasəti Gürcüstanın xarici siyasətinin prioritetlərindən biri olmalıdır və bu, bizim əsas məqsədimizdir.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin Xarici İşlər Nazirliyinin 10 illik fəaliyyət planının təqdimat mərasimində söyləyib.

Hökumət başçısı Gürcüstanın Azərbaycan, Türkiyə və digər ölkələrlə münasibətlərinin çox yüksək səviyyədə olduğunu vurğulayıb.

“Gürcüstan bölgədə dayanıqlı sülh və sabitliyin əsas təşəbbüskarlarından biri olmalıdır. Bu, gələcək inkişaf üçün möhkəm təməl ola bilər. Dost və qonşu ölkələrə təklif etdiyimiz platforma inkişaf etdirilməli və biz bu istiqamətdə daha fəal olmalıyıq”, – deyə İ.Qaribaşvili vurğulayıb.