YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

Avqustun 1-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlər Türkiyədə baş verən meşə yanğınları, yanğınların söndürülməsi əməliyyatları, habelə həyata keçirilən xilasetmə işləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycanın dövlət başçısının tapşırığı ilə Türkiyəyə göndərilən yardımla bağlı, hər zamankı kimi, qardaş Türkiyənin yanında olduğumuzu qeyd edən nazir Ceyhun Bayramov bundan sonra da hər cür yardımı göstərməyə hazır olduğumuzu vurğulayıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.