YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqar jurnalist: Müharibə bölgəsindən uzaqda yerləşən şəhərin bombalanması məndə şok effekti yaratdı

Müharibə bölgəsindən uzaqda yerləşən bu şəhərin bombalanması məndə şok effekti yaratdı. Burada uşaqların, ailələrin öldürülməsi qəbuledilməzdir.

Bu fikirləri Bolqarıstan Milli Televiziyasının jurnalisti Georgi Milkov Gəncə şəhərində baş verən dağıntılarla tanışlıq zamanı deyib.

Xarici media nümayəndəsi qeyd edib ki, Gəncə şəhərinə bu hücum bütün dünyaya qarşı edilmiş cinayətdir: “Bu mənzərə, bu hadisə sadəcə faciədir. Mən başa düşə bilmirəm, nəyə görə hərbi münaqişənin olmadığı ərazidə, mülki şəxslərin yaşadığı şəhərdə bu cür hal olsun? Bu günədək belə bir vəziyyəti heç vaxt görməmişdim və eşitməmişdim”.

DİGƏR Xəbərlər Arxiv