YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

FHN-in Türkiyədə olan qüvvələri yanğınların bəzi istiqamətlərdə genişlənməsinin qarşısını almağa nail olub

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyədə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirir.

FHN-dən bildirilib ki, Marmaris bölgəsində yanğınlarla mübarizə aparan yanğınsöndürənlərimizin fədakarlığı sayəsində bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısı alınıb.

Mürəkkəb dağlıq relyef şəraitinə və havanın yüksək temperaturunun hökm sürməsinə baxmayaraq Nazirliyin qüvvələri yanğınlarla mətinliklə mübarizə aparır.