YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Koreya Respublikasında növbəti tədbir keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Koreya Respublikasında növbəti aksiya keçirilib.
Azərbaycan səfirliyinin dəstəyi və “Buta” Azərbaycan-Koreya Dostluq Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətləri Koreya ictimaiyyətinə çatdırılmaq olub.
Tədbir çərçivəsində üzərində “Justice for Khojaly” yazılmış geyimlərdə olan azərbaycanlı tələbələr və koreyalı gənclər əllərində “Xocalıya ədalət!” plakatları tutaraq paytaxt Seulun mərkəzi küçələrində şəhər sakinlərinin diqqətini Ermənistan tərəfindən Xocalının dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş vəhşiliklərə cəlb edib, soyqırımını əks etdirən fotolar nümayiş etdirib və qətliam haqqında Koreya dilində nəşr olunan broşürlər paylayıblar.
Tələbələrimiz şəhər sakinlərinin Xocalı faciəsinə dair çoxsaylı suallarını cavablandırıb, soyqırımı haqqında məlumat veriblər.
Aksiyanın təşkilatçısı olan “Buta” Azərbaycan-Koreya Dostluq Mübadiləsi Assosiasiyasının üzvləri ölkəmizə qarşı edilən bu ədalətsizliyin “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində Koreya ictimaiyyətinə çatdırılması istiqamətində işləri bundan sonra da davam etdirəcəklər.
Altı il əvvəl fəaliyyətə başlayan “Buta” təşkilatı cari ilin fevralında qeyri-hökumət təşkilatı kimi Koreya Respublikasında qeydiyyatdan keçib.

DİGƏR Xəbərlər Arxiv