YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev milli bayram münasibətilə isveçrəli həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrənin milli bayramı münasibətilə Konfederasiyanın Prezidenti Qi Parmöləni təbrik edib.

Milli bayram münasibətilə İsveçrə Prezidentini və xalqını şəxsən öz adından və xalqımızın adından təbrik edən dövlətimizin başçısı bildirib: “İnanıram ki, Azərbaycan-İsveçrə əlaqələrinin daha da genişləndirilməsi, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik”.

Prezident İlham Əliyev isveçrəli həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, İsveçrə Konfederasiyasına isə daim firavanlıq arzulayıb.