YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici jurnalistlər Cəbrayılda erməni vandalizminin izləri ilə tanış olublar

İyulun 30-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərə səfər edən xarici jurnalistlər ermənilər tərəfindən Cəbrayıl rayonu ərazisində törədilən dağıntılarla tanış olublar.

Jurnalistlər əvvəlcə Cəbrayıl rayonunda yerləşən "Dostluq" bulağını ziyarət ediblər. Onlara bulağın tarixi haqqında məlumat verilib. Bildirilib ki, vaxtilə Cəbrayılın ən çox ziyarət edilən məkanlarından olan bulaq rayonun işğalından sonra digər abidələr kimi ermənilər tərəfindən dağıdılıb.

Sonra media nümayəndələri Cəbrayıl şəhər qəbiristanlığında olub, dağıdılmış dini-tarixi abidələr barədə ətraflı məlumat alıblar. Bildirilib ki, ermənilər qəbiristanları da vandalizmə məruz qoyub, qəbirləri qazaraq meyitləri çıxarıb, həmçinin müsəlman dini abidələrini təhqir ediblər.

Daha sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.