YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Prezident İlham Əliyevin regionlara səfərləri iqtisadiyyatın inkişafına yeni bir töhfədir

Milli Məclisin deputatı

Kamilə Əliyeva

Prezident cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının yerinə yetirilməsini yoxlamaq məqsədilə regionlara dəfələrlə səfərlər edib. Yeni istehsal müəssisələrinin açılışlarında cənab Prezident  şəxsən özü bir çox  müəssisələrin və sosial obyektlərin təməlqoyma mərasimində iştirak edib. Bunlardan biri də cənab Prezidentin Goranboy,  Naftalan  və Daşkəsən   etdiyi səfərdir. Bu səfər zamanı istifadəyə verilmiş müəssisələrdə minlərlə yeni iş yerləri açılıb. Regionlarda iş yerlərinin açılması burada yaşayan əhalimizin yüksək məvacibli işlə təmin olunmasına səbəb olur.

2020 ci ilin əvvəllərindən dünyada elan edilmiş pandemiya səbəbindən dünya  ölkələrinin   iqtisadiyyatı tamamilə zəifləmişdi. Azərbaycan iqtisadiyyatında da az da olsa geriləmələr müşahidə edildi. Buna baxmayaraq ölkəmizdə layihələndirilmiş sənaye parkıarı, sosial obyektlərin tikintisi təxirə salınmamış,  daha sürətlə tikilib istifadəyə verilmişdir.

Prezident cənab İlham Əliyevin apardığı sosial-iqtisadi siyasət nəticəsində ötən ilki geriləmələr aradan qaldırılmış, ölkəmiz iqtisadi artıma nail olmuşdur.

Cənab İlham Əliyev ölkəmizdə idmanın inkişaf etdirilməsinə, insanlarımızın sağlam həyat sürməsinə  də hər zaman böyük diqqət yetirir. Goranboy rayonununda da tikilib istifadəyə verilmiş idman  kompleksini də nəzərə alsaq ölkəmizdə 48 müasir tipli idman kompleksi fəaliyyət göstərir.

Bildiyimiz kimi turizmin inkişaf etdirilməsi  ölkəmizə gələn turistlərin hesabına dövlət büdcəsinə daxilolmalar artır, eləcə də bu  ölkəmizi tanıtdırmaq üçün ən yaxşı təbliğatdır. Xarici turistləri Azərbaycanın füsünkar təbiəti, gözəl havası, müasir tikililəri ilə cəlb etmək üçün son illər çox böyük işlər görülüb. Sovet dövründə ölkəmizə səfər edən turistlərin çoxu Naftalan şəhərinə gəlirdilər. Bura il ərzində müalicəvi sanatoriya və pansionatlara 50-60 min turist gəlirdi. Naftalan həm də müalicəvi təbii ehtiyatları ilə məhşur idi.  Son illər bu şəhərimiz öz əvvəlki şöhrətini qaytarmaqdadır. Bu sahəyə böyük investisiya qoyulmuşdur.  Bu gün Naftalanda müasir tipli 13 mehmanxana və sanatoriya fəaliyyət göstərir. Naftalan elə bir ərazidə yerləşir ki, buraya gələn turistlər Gəncəyə və işğaldan azad edilmiş ərazilərimizə də rahat şəkildə səfər edə bilərlər.

Bu ilin 6 ayına nəzər salsaq görərik ki, ilin əvvəllərində iqtisadi tənəzzül nəzərə çarpırdı. Hər ay tənəzzül getdikcə azaldı və 6 ayın yekun göstəricilərinə görə ölkə iqtisadiyyatı iki faiz artdı. Bu çox yaxşı göstəricidir. Nəzərə alsaq ki,  bir sıra böyük dövlətlərdə hələ də iqtisadi tənəzzül yaşanır. Ölkəmizdə ilin sonuna qədər iqtisadi artım daha da yüksələcək.

Qeyri neft sektorunun inkişafı sürətlə artır. Burada sənayemiz 16,5 faiz artıb. Kənd təsərrüfatı sahəsində də yüksək göstəricilərə nail olmuşuq. Cənab Prezident tərəfindən aparılmış islahatlar və görülmüş tədbirlər nəticəsində kənd təsərrüfatında artım 5,6 faiz olmuşdur. Bu pandemiyadan əvvəlki dövrdən də artıqdır.

Qeyri neft sektorunun inkişafında dağ mədən sənayesinin inkişaf etdirilməsi çox mühümdür. Daşkəsənin ənənəvi sahəsi olan qızıl və dəmir-filiz yataqları yenidən müasir texnologiyaların tətbiq edilməsi ilə canlandırılmağa başlanılmışdır. Burada təkcə qızıl deyil  digər qiymətli metalların da tədarükü  Azərbaycan iqtisadiyyatına böyük töhfələr verəcək. Eyni zamanda minlərlə yeni iş yerləri yaranacaq. Bu sahənin  inkişafı nəticəsində idxaldan asılılıq kəskin azalacaq, ixrac imkanlarımız da yaranacaq.

Uzun illər xarici şirkətlər işğal zamanı Azərbaycanın təbii sərvətləri olan qızıl və digər mədənləri istismar ediblər. Qiymətli daşlarımız qanunsuz yollarla xaricə daşınıb. Kəlbəcər və Zəngilan rayonlarında xarici şirkətlər tərəfindən istismar olunan qızıl yataqlarımızın təhlili aparılıb. Bununla bağlı müvafiq işlər görülüb və Azərbaycana dəymiş ziyanın ödənilməsi ilə bağlı dövlətimiz tərəfindən lazımi işlər də həyata keçirilir.

Azərbaycanın iqtisadi gücünün göstəricilərindən biri də ölkəmizin valyuta ehtiyatlarının artmasıdır. Bu ilin 6 ayı ərzində valyuta ehtiyatlarımız 1 milyard ABŞ dolları həcmində artıb.

Bu gün Prezident cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda böyük və sürətli bərpa işləri aparılır.  Sevindirici haldır ki, bütün bu işlər valyuta ehtiyatlarımızın azalmasına səbəb olmadan öz vəsaitimiz hesabına aparılır və heç bir kredit götürülməyib. Bu gün Azərbaycanın valyuta ehtiyatları dövlət borcundan 6 dəfə çoxdur. Ölkəmizin ixracı 15 faiz artıb. Qeyri neft ixracı 27 faizdən yüksəkdir. Deməli  ölkə büdcəsinə qeyri neft sektorundan gələn gəlirlər artmaqdadır.

Cənab İlham Əliyevin yürütdüyü qətiyyətli və müdrik xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır.  Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın həcmi getdikcə artmaqdadır və yeni bir mərhələyə qədəm qoymuşdur. Gələcəkdə bu əməkdaşlıq tək enerji məsələlərində deyil, digər sahələri də əhatə edəcək. Avropa İttifaqı Şurasının Prezidentinin Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ sözünü işlətməməsi,  status barədə məsələnin müzakirə edilməməsi Avropa İttifaqı ilə Azərbaycan arasında gələcəkdə daha böyük layihələrin həyata keçirilməsinə zəmin yaratmış olacaq.

Bu gün Azərbaycan dünyanın gözü qarşısında dinamik və sürətlə inkişaf edən bir ölkəyə çevrilmişdir. Prezident cənab İlham Əliyevin başçılığı altında Azərbaycan gələcəkdə daha böyük uğurlara imza atacaq.

DİGƏR Xəbərlər Arxiv